28 May 2019 - Respublika Günü
28 may 2019-ci il tarixində Pretoriya şəhərində 28 May Respublika Günü və Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə Səfirliyimiz tərəfindən ziyafət verildi.
Ziyafətdə Azərbaycanın Cənubi Afrikadakı diasporanın nümayəndələri, ölkədə akkreditə olmuş diplomatik korpusunun üzvləri, Cənubi Afrika XİN-nin və digər dövlət strukturlarının rəsmiləri iştirak etdilər.
Azərbaycan Respublikasının CAR-dakı müvəqqəti işlər vəkili A.Nağıyev nitqində Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının tarixi və fəaliyyəti barədə bəhs etmiş, müasir Azərbaycanın iqtisadi və ictimai həyatında son illərdə əldə edilmiş nailiyyətləri barədə məlumat verdi.
Ziyafətdə Azərbaycanın klassik və müasir müsiqisi səsləndirmiş və İRS jurnalının Azərbaycanın diplomatik xidmətinin 100 illik yubileyinə həsr olunmuş xüsususi buraxılışı və digər çap materialları yayımlanmışdır.